“Təklif gəlsə, “Qalatasaray”a yox demərəm”
20.06.2015 - 19:18
“Təklif gəlsə, “Qalatasaray”a yox demərəm”

“Zenit”in belçikalı müdafiəçisi Nikolas Lomberts “Qalatasaray”a mümkün keçidi haqqında fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu ciddi təklif gələrsə düşünə biləcəyini bildirib:

 

“Mənim artıq 30 yaşım var. Həyatımın elə bir dönəmindəyəm ki, karyeram haqqında vacib qərarlar verməliyəm. Hazırda məzuniyyətdəyəm, ciddi təklif olsa, mənə məlumat verəcəklər.

 

“Qalatasaray” kimi bir klubdan təklif gəlsə, əbəttə ki etiraz eləmərəm. Əla klubdu, İstanbul da möhtəşəm şəhərdi. Ancaq təbii ki, son qərarı da klubum “Zenit” verəcək”.