“Topçular” ən yaxşısını seçdi
10.06.2015 - 21:34
“Arsenal”ın başa çatan mövsümdə ən yaxşı oyunçusunun kimliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsində çilili futbolçu Aleksis Sançes ən yaxşı olub.
O, bütün respondentlərin 66,4 faiz səsini toplayıb.
Xatırladaq ki, başa çatan mövsümdə Sançes 35 oyunda meydana çıxıb və 16 qol vurub.
0
0