“Tottenhem” 10-larla vidalaşacaq
21.06.2015 - 13:19
İngiltərənin “Tottenhem” klubu bu yay 10 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Apasport.az saytının “The Telegraph”a istinadən məlumatına görə, londonlular satışa çıxartdığı futbolçulardan tez bir zamanda ayrılıb heyəti yenidən formalaşdırmaq istəyir.
Müdafiəçilər Yunus Kabul, Vlad Kirikeş, yarımmüdafiəçilər Benjamin Stambuli, Poulinyo, Luis Holtbi, Aaron Lennon, Etyen Kapu və hücumçular Roberto Soldado ilə Emmanuel Adebayor qara siyahıya düşmüş futbolçulardı.
Gənc müdafiəçi Deandre Yedley isə icarəyə veriləcək.
0
0