Türkiyə Professional Futbol İntizam Komitəsi (PFİK) son turda “Trabzonspor” – “Fənərbaxça” oyununda baş verənlərlə bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, PFİK “Trabzonspor” klubunu ciddi cəzalandırıb
Futbol qurumunun qərarına uyğun olaraq “Trabzonspor”un bundan sonra öz sahəsində keçirəcəyi 6 rəsmi oyununa azarkeşlər buraxılmayacaq. Bundan əlavə, kluba 80 min türk lirəsi miqdarında cərimə kəsilib.
Xatırladaq ki, Türkiyə çempionatının 24-cü turunda “Trabzonspor” – “Fənərbaxça” oyunu yarımçıq dayandırılıb. Baş hakim azarkeşlərin meydana kənar əşyalar, dəmir parçaları, yandırıcı maddələr və məşəllər atması səbəbindən birinci hissənin sonunda oyunu dayandırıb.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi