“Trabzonspor” başsız qaldı
09.11.2014 - 01:35
“Trabzonspor” başsız qaldı

“Trabzonspor” baş məşqçisi Vahid Halilhociçlə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi bu barədə klubun rəsmi saytında açılqlama verib.

 

Türk klubu Bosniya və Herseqovinadan olan çalışdırıcı ilə müqavilənin müddətini qarşılıqlı razılıq əsasında ləğv edib. Bunun üçün “Trabzonspor” rəhbərliyi Halilhociçə təzminat haqqı olaraq 1 milyon 650 min avro ödəyəcək.

 

Qeyd edək ki, Vahid Halilhociçin yerinə “Trabzonspor”un “sükanı arxası”na Ərsun Yanalın gətiriləcəyi bildirilir.