“Trabzonspor” seneqallı hücumçu ilə anlaşmaq üzrə
30.01.2014 - 07:30
“Trabzonspor” klubu İngiltərə “Nyukasl”ının hücumçusu Papiss Sisseni heyətinə qatmaq üzrədir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “bordo-mavililər” bu keçidlə bağlı Premyer Liqa təmsilçisi ilə, demək olar ki, bütün məsələləri həll edib.
Məlumatlara görə, 28 yaşlı futbolçu illik maaşında artım tələb edir. Ancaq Qara dəniz klubu yüksək transfer məbləğ təklif etdiyi üçün şansı daha çoxdur.
Qeyd edək ki, Seneqal millisinin də üzvü olan Sisse 2012-ci ildə Almaniya “Frayburq”undan “Nyukasl”a keçib.
0
0