“Trabzonspor”un Şahin ovu
21.05.2015 - 08:43
“Trabzonspor”un Şahin ovu

Dortmund “Borussiya”sının türkiyəli futbolçusu Nuri Şahin karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Trabzonspor” yaxından maraqlanır.

 

“Bordo-mavililər” Nurini birdəfəlik transfer etmək haqda düşünmürlər. Qaradəniz təmsilçisi Şahini 1 mövsümlük icarəyə götürmək niyyətindədi.

 

“Borussiya” rəhbərliyi hələlik bu təklifə cavab verməyib.

 

Qeyd edək ki, karyerası ərzində “Feyenord”, “Real” və “Liverpul” klublarının da formasını geyinmiş Nuri Şahin 2005-ci ildən Türkiyə millisinə dəvət alır.