“Ümid edirəm ki, Benitesi təəccübləndirə biləcəm”
20.06.2015 - 20:51
“Ümid edirəm ki, Benitesi təəccübləndirə biləcəm”

Madrid “Real”ının norveçli futbolçusu Martin Odeqaard klubdakı gələcəyindən danışıb. Apasport.az saytının məlumatına görə, hazırda bir az istirahətə ehtiyacı olduğunu deyən 16 yaşlı futbolçu, yenidən komandaya qoşulacağı günü səbirsizliklə gözlədiyini bilidirb:

 

“İyunun sonunda yenidən komandaya qoşulacam. Ümid edirəm ki, Benitesi təəccübləndirə biləcəm. Əlbəttə, “Real”dakı məşq şəraiti Norveçdə olduğu kimi deyil, ancaq əsas məsələ prossesdən razı qalmaqdı. Beniteslə anlaşa biləcəyimi düşünürəm”.