[b]“Xəzər” də Antalyaya gedir[/b]
27.12.2017 - 20:10
Birinci Divizion təmsilçisi “Xəzər”in qış hazırlıq planı bəlli olub. Apasport.az klubun “Facebook”dakı rəsmi səhifəsinə istinadən xəbər verir ki, komanda 2017/18 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 4-də start verəcək. Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər.
Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində keçiriləcək. Hazırlıq çərçivəsində 5 yoxlama görüşü də planlaşdırılıb. Rəqiblər barədə əlavə məlumat veriləcək.
0
0