“Xəzər Lənkəran” 2013/14 mövsümündəki uğursuz ənənəyə son qoyub. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi cari mövsüm Topaz Premyer Liqasında penaltidən qol vura bilmirdi.
Bu uğursuzluq XXVI turun “Sumqayıt”la səfər oyununda qırılıb. Makedoniyalı Deyan Blajevski meydan sahiblərinin qapısına təyin olunan zərbəni qola çevirib. Həmin oyunadək çempionatda 3 penalti qaçıran “Xəzər Lənkəran”ın futbolçularından Junior Nildo 2, Etame Mbilla 1 dəfə qeyri-dəqiq olmuşdu. Üstəlik, Sadio Tounkara da kubokda eyni uğursuzluq yaşayıb.
Ümumilikdə, XXVI turda qapılara təyin olunan hər 3 penalti dəqiq olub. Bununla, mövsümün 130 matçında vurulan 11 metrlik cərimə zərbələrinin sayı 38-ə çatıb. Bunlardan 29-u qolla nəticələnib. “Xəzər Lənkəran” 3 penalti qaçırıbsa, “Qəbələ” ilə “Bakı” hərəyə 2 dəfə şansdan yararlana bilməyib. Səhvsiz zərbələrin sayında isə “Neftçi” öndədir – 5 zərbə, 5 qol. “Rəvan” penalti vurmayan yeganə komandadır.
Penalti vuran klublar: “Bakı” – 8 (6-si dəqiq), “Qəbələ” – 6 (4), “Neftçi” – 5 (5), AZAL – 4 (3), “Qarabağ” – 4 (3), “Xəzər Lənkəran” – 4 (1), “Sumqayıt” – 3 (3), “Simurq” – 2 (2), “İnter” – 2 (2).
Topaz Premyer Liqasında çıxış edən klubların hamısı penalti ilə cəzalanıb. “Qəbələ” hamıdan çox – 6, “Qarabağ” hamıdan az – 1 dəfə belə cəriməyə məruz qalıb. “Rəvan”la “Simurq” hərəyə 2 dəfə penaltinin qol olmamasına sevinib.
Penalti ilə cəzalanan klublar: “Qəbələ” – 6 (5), “Xəzər Lənkəran” – 5 (5), “İnter” – 5 (4), “Rəvan” – 5 (3), “Simurq” – 4 (2), “Neftçi” – 3 (3), “Sumqayıt” – 3 (3), AZAL – 3 (2), “Bakı” – 3 (2), “Qarabağ” – 1 (0).
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək