“Xəzər Lənkəran” 4 futbolçu ilə müqavilə imzaladı
11.06.2015 - 17:19
“Xəzər Lənkəran” 4 futbolçu ilə müqavilə imzaladı

"Xəzər Lənkəran" 4 futbolçu ilə yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, bunlar klubun yetirmələri Kazım Kazımlı, Tərlan Qasımzadə, Elvin Mirzəyev və Elşən Rzazadədi.

 

Onlar 3 illik yeni sözləşmələrə imza atdılar.

 

Qeyd edək ki, Kazımlı 36, Rzazadə 21, Mirzəyev 16, Qasımzadə 5 oyunda “Xəzər Lənkəran”ın formasını geyinib. Kazımın hesabında 2 qol da var.

 

Mənbə: lankaranfc.com