Topaz Premyer Liqasının sabah keçiriləcək XXIX turunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun” FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Digər beynəlxalq dərəcəli hakimlərimizdən Rəhim Həsənov “Qarabağ” – AZAL görüşündə fit çalacaqsa, Orxan Məmmədov təyinat almayıb. “Qəbələ” ilə “Simurq” arasında turun mərkəzi qarşılaşmasında isə ədaləti Elvin Əsgərov qoruyacaq.
XXIX tur
9 aprel (cümə axşamı)
17:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
“Bakcell Arena”
17:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
“Kapital Bank Arena”
19:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
Mənbə: pfl.az