Topaz Premyer Liqasında XI turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun açılış matçı olan “Qəbələ” – “Bakı” qarşılaşması FİFA referisi Rəhim Həsənova tapşırılıb.
“Neftçi” – AZAL oyununda isə ədaləti Əliyar Ağayev qoruyacaq. Turun ən maraqlı oyunu sayılan “Xəzər Lənkəran” – “Simurq” görüşündə isə gənc referi Ömər Paşayev fit çalacaq.
“Qarabağ” – “Araz Naxçıvan” oyununa isə təcrübəli Vüsal Əliyev təyinat alıb.
Topaz Premyer Liqası
X tur
02 noyabr (bazar)
17:00. “Xəzər Lənkəran” – “Simurq”
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov
"Xəzər Lənkəran" mərkəzi stadionu
17:15.“Neftçi” – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov
“Bakcell Arena”
15:30.“Qəbələ” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov
Qəbələ şəhər stadionu, 15:30
19:30.“Qarabağ” – “Araz Naxçıvan”
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika stadionu
16:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov
“Kapital Bank Arena” stadionu
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”