Sabah öz meydanında Bakının “İnter” komandasını qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını bu gün tamamlayıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Lənkərandakı bazasının ehtiyat meydançasında oyunöncəsi son məşqə ciddi itkilərlə çıxıb.
Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanovla yanaşı əsas heyətin digər daim üzvləri olan Etame Mbilla və Adrian Skarlatakedə komanda ilə birgə məşqə qatıla bilməyib.
Bir saat 20 dəqiqə davam edən hazırlıq saat 11-də başlayıb və futbolçular taktiki planda müxtəlif çalışmalar yerinə yetiriblər.
Xatırladaq ki, XXIV turun “Xəzər Lənkəran” - “İnter” qarşılaşmasıı sabah saat 16-da start götürəcək. Matç “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”