“Xəzər Lənkəran” “İnter”lə oyunun hazırlıqlarına start verir
14.11.2014 - 13:10
“Xəzər Lənkəran” “İnter”lə oyunun hazırlıqlarına start verir

Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan  fasilə müddətində “Xəzər Lənkəran” hazırlıq planının ikinci mərhələsinə  start verir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar” ilk mərhələdə bir həftəlik toplanışı AZAL klubu ilə keçirilən yoxlama matçı ilə yekunlaşdırmışdı ki, bir gün verilən istirahətdən sonra komanda  yenidən bir araya gəlir.

 

Paytaxtda toplaşacaq cənub təmsilçisi artıq bu gündən XII turun hazırlığına başlayacaq. Saat 15.30-da “Dalğa Arena”da məşqə  çıxacaq komanda “İnter”lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək.

 

Bu arada zədəli futbolçularının müalicəsi xüsusi prosedur üzrə davam etdirilir. Adrian Skarlatake və Ağabala Ramazanovun qarşıdakı matçı buraxacağı dəqiq olsa da, Alfred Sanko və Cahangir Həsənzadə “İnter” matçında komandaya kömək edə biləcək.