“Sumqayit” üzərindəki səfər qələbəsindən sonra “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Apasport.az saytının məlumatına görə, komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq “Simurq”la görüşün hazırlığına start verib.
Hazırda Cahangir Həsənzadə, Ağabala Ramazanov və Uğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmir və qarşıdakı matçda cənublulara kömək edə bilməyəcəklər. “Xəzər Lənkəran” bu gün saat 16.00-da oyun öncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayıb oyun saatını gözləyəyir.
Xatırladaq ki, XI tur çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”- “Simurq” görüşü saat 17.00-da başlayacaq və “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”