“Xəzər Lənkəran” AZAL-ı gözləyir
06.08.2014 - 12:37
“Xəzər Lənkəran” AZAL-ı gözləyir

Topaz Premyer Liqasının yeni mövsümünün açılış turunda səfərdə AZAL klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda artıq 4 gündür ki, məşqlərini Bakıda keçirir və dünən “Dalğa Arena”da baş tutan axşam məşqində futbolçular məşqçilər korpusunun verdiyi müxtəlif toplu çalışmaları yerinə yetirib və saat yarım davam edən hazırlıq yüksək əhval-ruhiyyə fonunda yekunlaşıb.

 

Məşqlərdə bütün futbolçuların iştirak etməsi, zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən başlıca məqamdır. “Xəzər Lənkəran” avqust ayının 8-də matçın keçiriləcəyi saatda, ”AZAL Arena”da oyunöncəsi son məşqini keçirib matç saatını gözləyəcək.