“Xəzər Lənkəran” bakılılar üzərində üstünlüyə yiyələnə biləcəkmi?
05.03.2014 - 14:13
“Xəzər Lənkəran” bakılılar üzərində üstünlüyə yiyələnə biləcəkmi?

“Rəvan” Topaz Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran” ilə üz-üzə gələcək. Apasport.az saytı xəbər verir ki, şənbə günü “Bayıl Arena”da keçiriləcək oyun öncəsi statistikaya nəzər salmaq yerinə düşərdi.

Martın 8-də baş tutacaq oyuna qədər komandalar Premyer Liqada öz aralarında 8 oyun keçirib. Maraqlıdır ki, bu görüşlərin tən yarısında heç-heçə qeydə alınıb. Özü də bu oyunların hamısında 1:1 hesabı qeydə alınıb. Digər 4 dueldə isə komandalar hərəyə 2 qələbə qazanıb. Onu da qeyd edək ki, komandaların Bakıdakı görüşlərində tərəflər 1-dən artıq qol vura bilməyib. Top fərqi isə “Xəzər Lənkəran”ın xeyrinədir: 10:7.

Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:
 

27.08.2011 Rəvan - Xəzər Lənkəran 1:1
19.11.2011 Xəzər Lənkəran - Rəvan 1:1
05.08.2012 Rəvan - Xəzər Lənkəran 1:1
04.11.2012 Xəzər Lənkəran - Rəvan 4:0
12.03.2013 Rəvan - Xəzər Lənkəran 1:0
20.05.2013 Xəzər Lənkəran - Rəvan 1:2
04.10.2013 Rəvan - Xəzər Lənkəran 1:1
15.12.2013 Xəzər Lənkəran - Rəvan 1:0