Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 19-da “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” oyunun hazırlıqlarına artıq indidən doğma şəhərdə start verib. Apasport.az saytının məlumatına görə, komanda oktyabrın 5-də iki dəfə məşq edib.
Saat 11:00-da ehtiyat meydançada başlayan məşq fiziki çalışmalarla bir saat sürüb. Cənublular saat 17:00-dan etibarən əsas meydançada keçdiyi məşq isə bütövlüklə taktiki hazırlıqdan ibarət olub və saatyarım davam edib.
Qeyd edək ki, bir müddət əvvəl ayağından zədələnmiş gənc qapıçı Orxan Sadıqlı komanda ilə birgə, Əfran İsmayılov və Alfred Sanko isə fərdi qaydada məşq ediblər.
Rahid Əmirquliyev, Rasim Ramaldanov, Rauf Əliyev və Ağabala Ramazanov milli komandanın düşərgəsindədirlər.
12cioyuncu.info