“Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas karyerasını İtaliya A seriyası təmsilçisi “Napoli”də davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisinin baş məşqçisi Rafael Benites həmyerlisinin köməyinə ehtiyac duyub.
Buna səbəb isə Pepe Reynanın əvəzləyicisi olan braziliyalı Rafael Kabralın “Suonsi” ilə qolsuz başa çatan Avroliqa matçında xaçvarı bağının qopmasıdır. Artıq o zədələnərək vətəninə qayıdıb. Ona görə də Benites hazırda azad agent olan, “Betis” və “Saraqosa”dakı çıxışlarından tanıdığı Doblası “Napoli”yə gətirməyə çalışır. İtaliyalı qapıçı Roberto Kolombo isə Doblas gəldikdən sonra da III qolkiper statusunda qalacaq.
Bu haqda məlumatı isə “Sky”ın əməkdaşı Canluka Di Martsio öz rəsmi bloqunda yayıb. Onun sözlərinə görə, artıq “Napoli” futbolçunun transfer vərəqi üçün federasiyaya müraciət edib və klubun bu seçimi düzgündür.
Qeyd edək ki, Toni Doblas “Xəzər Lənkəran”a Con Toşak tərəfindən ötən ilin yanvarında transfer olunub. Klubla 1,5 illik müqavilə bağlasa da, Avroliqada Hayfa “Makkabi”sinə 0:8 hesablı yenilgidə günahkar bilinərək komandadan qovulmuşdu.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”