“Xəzər Lənkəran” doğma şəhərə yollandı
05.10.2014 - 01:02
“Xəzər Lənkəran” doğma şəhərə yollandı

Premyer Liqada yaranmış fasilə zamanında istirahət edən “Xəzər Lənkəran” öncədən planlaşdırıldığı kimi bu gün, oktyabrın 4-də Bakıda bir araya gəlib. Apasport.az saytının məlumatına görə, paytaxtın “Emerald” hotelində saat 14:00-da toplandıqdan sonra komanda Lənkərana yola düşüb.

 

Doğma şəhərə çataraq özünün baza-otelində məskunlaşan “Xəzər Lənkəran” qarşıdakı iki həftə ərzində də məşqlərini öz bazasının meydançasında keçirəcək.

 

Qeyd edək ki, “ağ-yaşıllar” Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 19-da “Fırtınalar meydanı”nda “Bakı” klubunu qəbul edəcək.

 

12cioyuncu.info