“Xəzər Lənkəran” əsas meydançaya buraxılmır
16.04.2015 - 16:02
Topaz Premyer Liqasının XXX turunu buraxacaq “Xəzər Lənkəran” bundan sonrakı turun hazırlıqlarına dünəndən start verib. Klubdan apasport.az saytına verilən məlumata görə, “ağ-yaşıllar” məşqlərini ehtiyat meydançada davam etdirir.
Buna səbəb əsas arenanın ot örtüyünə dünən yeni toxumların əkilməsidi. Bu üzdən aprelin 20-dək komanda meydançaya buraxılmayacaq. Amma komanda cari mövsümün qalan ev matçlarını həmin stadionda keçirə biləcək. Cənublular XXXI turda “Qəbələ”ni məhz doğma arenada qəbul edəcəklər.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu aprelin 25-də keçiriləcək.
0
0