Premyer Liqanın VIII turu çərçivəsində, oktyabrın 19-da doğma meydanda “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” istirahətini yekunlaşdıraraq bir araya gəlib. Apasport.az saytının məlumatına görə, dünən günün ikinci yarısında Bakıda toplanan komanda saat 15:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.
İsinmə hərəkətlərinin ardıyca toplu çalışmalarla davam edən məşq ikitərəfli oyunla yekunlaşıb. Artıq zədəsini sağaldan Alfred Sanko komandaya qoşulsa da, zədə səbəbindən Rəşad Sadiqov və Uğur Pamuk hazırlıq prossesinə qatıla bilməyiblər.
Qeyd edək ki, klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov məşqi izləyiblər.
12cioyuncu.info