Premyer Liqanın XII turunda səfərdə “İnter”lə qarşılşacaq “Xəzər Lənkəran” növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 17:00-da “Dalğa Arena” stadionunda məşqə çıxıb.
Alfred Sanko və Ağabala Ramazanov fərdi məşqlə kifayətlənib. İsinmə hərəkətlərinə başlayan, ardınca müxtəlif taktiki və toplu çalışmalarla davam edən hazırlıq prossesi saatyarım sürüb.
Daha sonra cənublular tam heyətdə otelə qayıdaraq, oyunöncəsi son məşqə qədər qapanmış rejimə keçib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın bugünkü məşqini klub prezidenti Mais Mənsimov və klubun bütün idarə heyəti izləyib.
12cioyuncu.info
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı