“Xəzər Lənkəran” məşqlərə başladı
10.03.2015 - 19:48
“Xəzər Lənkəran” məşqlərə başladı

Topaz Premyer Liqasının XXV turundan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün Lənkəranda toplanıb. Apasport.az saytının məlumatına görə, komanda saat 16:00 da Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxaraq Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlığına start verib.

 

Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan müdafiəçi Ruslan Cəfərov bu gündən etibarən, fərdi məşqlərə başlayıb.

 

Xatırladaq ki, mart ayının 13-də Azərbaycan kuboku çərçivəsində “Xəzər Lənkəran” Bakı İnter”ini qonaq edəcək. Saat 17:00-da start götürəcək matç “Xəzər Lənkəran” Tv ilə canlı yayımlanacaq. 

 

lankaranfc.com