“Xəzər Lənkəran” mövsümə 14 futbolçu ilə başlayacaq
07.08.2015 - 11:31
“Xəzər Lənkəran” mövsümə 14 futbolçu ilə başlayacaq

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümü öncəsi daha bir komanda sifariş ərizəsini Peşəkar Futbol Liqasına (PFL) göndərib. Apasport.az saytı xəbər verir ki, “Xəzər Lənkəran” da xidmətindən yararlanacağı oyunçuların adlarını açıqlayıb.

 

Cənub klubu məlum cəza səbəbindən heyətə yeni cəlb etdiyi futbolçuları hələlik sifariş verməyib. “Ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseynov sentyabrın 1-nə qədər cəmi 14 oyunçunun xidmətindən yararlana biləcək. Onlardan 2-si qapıçı, 7-si müdafiəçi, 4-ü yarımmüdafiəçi, 1-i isə hücumçudu. 14 oyunçudan cəmi 2-si əcnəbidi.

 

 

“Xəzər Lənkəran”ın iştirak ərizəsi

N Oyunçu Vətəndaşlığı Mövqeyi Təvəllüdü
25 Qasımzadə Tərlan İlqar Azərbaycan qapıçı 1995-01-01
1 Sadıqlı Orxan Mehdi Azərbaycan qapıçı 1993-03-19
99 Qəmbərli Mahsum Əsgər Azərbaycan müdafiəçi 1996-10-25
12 Səfərzadə İlyas Oğlan Azərbaycan müdafiəçi 1996-01-20
72 Mirzəyev Elvin Əfqan Azərbaycan müdafiəçi 1993-11-11
18 Cəlilov Tural Alim Azərbaycan müdafiəçi 1986-11-28
27 Skarlatake Manuel Rumıniya müdafiəçi 1986-12-05
3 Ramaldanov Rasim Əsədulla Azərbaycan müdafiəçi 1986-01-24
14 Əmirquliyev Rahid Ələkbər Azərbaycan müdafiəçi 1989-09-01
9 Əliyev Orxan Ərzuman Azərbaycan yarımmüdafiəçi 1995-12-21
8 Rzazadə Elşən Rəşad Azərbaycan yarımmüdafiəçi 1993-09-11
11 Kazımlı Kazım Abidin Azərbaycan yarımmüdafiəçi 1993-09-05
7 Tounkara Sadio Mali yarımmüdafiəçi 1992-04-27
97 Cəfərov Elnur Mail Azərbaycan hücumçu 1997-03-28