“Xəzər Lənkəran” paytaxt hazırlığını başa vurdu
15.10.2014 - 21:15
“Xəzər Lənkəran” paytaxt hazırlığını başa vurdu

Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 19-da doğma meydanda “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” paytaxtda keçdiyi hazırlıqları yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, komanda bu gün Bakıda sonuncu məşqini keçirib.

 

Zədəlilər Rəşad Sadiqov və Uğur Pamukun qatılmadığı hazırlıq prossesində millinin heyətindən gələn futbolçuların iştirakı yalnız qaçışla məhdudlaşıb. Ümuilikdə isə komandanın məşqi toplu çalışmalar və əsasən qapıya zərbələr üzərində işləməkdən ibarət olub.

 

Məşqi klub prezidenti Mais Mənsimov izləyib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” sabah doğma şəhərə yola düşəcək.

 

 

12cioyuncu.info

0