[b]“Xəzər Lənkəran” Rafinya ilə bağlı qərarını verdi[/b]
14.07.2015 - 23:00
[b]“Xəzər Lənkəran” Rafinya ilə bağlı qərarını verdi[/b]

Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” baxışa çağırdığı braziliyalı futbolçu Rafinya ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseynov cənubi amerikalı ilə bağlı yekun qərarını iyulun 14-də keçirilən yoxlama oyunundan sonra verib.

 

Türkiyənin Superliqa klubu “Kasımpaşa” ilə yoxlama matçı tam adı Rafael Karletti olan 23 yaşlı hücumçu üçün sonuncu olub. Belə ki, legioner komandasının 0:2 hesabı ilə uduzduğu qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bilməyib.

 

Onun matçın gedişində əvəzlənməsi də Hüseynovun braziliyalıdan razı qalmamasını göstərir. Buna qədər “Niğdespor”la yoxlama matçında da (1:0) sınanan Rafinyanın iki qarşılaşmada nümayiş etdirdiyi oyun bəyənilmədiyindən braziliyalı “Xəzər Lənkəran”a lazım olmayıb.

 

Bu üzdən də cənubi amerikalı klubun düşərgəsini tərk edərək, vətəninə yollanacaq.

 

Qeyd edək ki, son klubu Braziliyanın “Santo Anxelo” klubu olan futbolçu vətənində “Tamolo”, “Portu Aleqri”, “Taruma” və “San Xose”nin də şərəfini qoruyub.