“Xəzər Lənkəran” xorvatiyalı futbolçunun yolunu gözləyir
21.04.2015 - 11:00
“Xəzər Lənkəran” xorvatiyalı futbolçunun yolunu gözləyir

Topaz Premyer Liqasının XXX turunda istirahət edən “Xəzər Lənkəran” növbəti turun oyununa hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, gündə iki dəfə məşq edən “ağ-yaşıllar” tam heyətlə hazırlıq keçə bilmirlər.

 

Buna səbəb xorvatiyalı qapıçı Vyekoslav Tomiçin hələ də vətənində olmasıdı. Dirsəyindəki zədənin müalicəsini ölkəsində keçən 32 yaşlı qolkiper bu axşam Azərbaycana qayıtmalıdı. Tomiçin sabahdan etibarən məşqlərə qoşulması gözlənilir. Onun XXXI tur matçında iştirakı sual altındadı.

 

Qeyd edək ki, aprelin 25-də “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” qarşılaşmaya cəzalı olduqları üçün Rahid Əmirquliyev, Elşən Rzazadə və Alfred Sankodan məhrum çıxacaq.