Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah doğma meydanda “İnter” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu gün hazırlıqlarını yekunlaşdırır. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün saat 11:00-da stadionun əsas meydançasında oyunöncəsi son məşqinə çıxacaqlar.
Qeyd edək ki, əsas heyətin 4 futbolçusu “İnter” klubuna qarşı çıxış edə bilməyəcək. Belə ki, Rasim Ramaldanov, Rahid Əmirquliyev və Etame Mbillanın zədə üzündən sabahkı matçı buraxmalı olacaqları məlum idi və artıq onların sırasına Adrian Skaralatake də qatılıb. Zədələnən Rumın futbolçunun da sabah komandaya kömək edə bilməyəcəyi deyilir. Əvəzində isə onun həmyerlisi, zədəsi yenicə sağalan Adrian Pit, eləcə də əvəzedici heyətdən geri qaytarılan Elnur Cəfərov və Ağabala Ramazanov meydana çıxa biləcəklər.
Mənbə: 12cioyuncu.info
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”