“Xəzər Lənkəran”da daha bir ciddi itki - FOTO
23.04.2015 - 12:19
“Xəzər Lənkəran”da daha bir ciddi itki - FOTO

Topaz Premyer Liqasının XXXI turunda “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” qapıçı Vyekoslav Tomiçin xidmətindən məhrum qalıblar.

 

Dirsəyindən əməliyyat edildikdən sonra vətəni Xorvatiyada müalicə olunan təcrübəli qolkiper dünən Azərbaycana qayıtmalı idi. Lakin müalicəsi uzanan Tomiçin gəlişi yubanıb. Baş məşqçi Elbrus Məmmədov əməkdaşımızla söhbətdə “Qəbələ” ilə qarşılaşmada Tomiçin oynamayacağının dəqiqləşdiyini bildirib. O, çərçivədə Orxan Sadıqlı, yoxsa Tərlan Qasımzadənin dayanacağına sabahkı məşqdən sonra qərar verəcəklərini əlavə edib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”da Rahid Əmirquliyev, Elşən Rzazadə və Alfred Sanko da cəzalı olduqları üçün “Qəbələ” ilə aprelin 25-də keçiriləcək matçı buraxacaqlar.