“Xəzər Lənkəran”da zədəli futbolçular qayıtdı
09.10.2014 - 21:14
“Xəzər Lənkəran”da zədəli futbolçular qayıtdı

Premyer Liqanın VIII turunda doğma meydanda “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda oktyabrın 9-da saat 17:00-da ehtiyat meydançada məşqə çıxıb.

 

Bir saatdan çox davam edən hazırlıq prossesində zədəsi sağalmış Əfran İsmayılov və qapıçı Cahangir Həsənzadə də iştirak ediblər. Hər iki futbolçu komanda ilə birgə çalışıb. Alfred Sanko isə fərdi qaydada məşqlə kifayətlənib. Yüksək əhval ruhiyyədə keçən hazırlıq bitdikdən sonra futbolçular sabahkı yoxlama oyunun başlama saatına qədər istirahətə bazanın otelində çəkiliblər. 

 

Qeyd edək ki, sabah oktyabrın 10-da saat 11:00-da stadionun əsas meydançasında “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama görüşü keçiriləcək.

12cioyuncu.info