“Xəzər Lənkəran”dan çətin qələbə
10.10.2014 - 13:08
“Xəzər Lənkəran”dan çətin qələbə

“Xəzər Lənkəran” Topaz Premyer Liqasında yaranan fasilə dövründə keçirdiyi hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız bu gün “Xəzər Lənkəran” Mərkəzi stadionunda əvəzedici heyəti sınağa çəkib.

 

Hər biri 30 dəqiqədən ibarət olan iki hissəli matçın ilk yarısında əsas komanda 1 qolla üstün olub. Fernando Qabrielin cərimə zərbəsindən vurduğu qol yarım saatda yeganə top olub. Fasilədən sonra İlqar Ələkbərov hesabda tarazlıq yaratsa da, son dəqiqələrdə Qalin İvanov yekun nəticəni müəyyənləşdirdi - 2:1.

 

Yoxlama oyunundan sonra iki günlük istirahətə çəkiləcək komanda oktyabrın 12-dən etibarən hazırlığını yenidən Lənkəranda bərpa edəcək.

 

Mənbə: lankaranfc.com