“Xəzər Lənkəran”ın “İnter”lə oyunöncəsi son hazırlığı
20.11.2014 - 00:00
“Xəzər Lənkəran”ın “İnter”lə oyunöncəsi son hazırlığı

“Xəzər Lənkəran” “İnter Arena” stadionunda oyunöncəsi son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, cənublular “İnter”lə oyunöncəsi son hazırlığına saat 18:00-da başlayıb.

 

Bir saat davam edən hazırlıq prossesində, zədəsini sağaltmış Alfred Sanko da iştirak edib.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” bu gün “İnter Arena” stadionunda “İnter”in qonağı olacaq. Qarşılaşma “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.