Premyer Liqanın X turu çərçivəsində sabah “Sumqayıt” ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” son hazırlığını keçirib. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 16:00-da Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena” stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Yüksək əhval ruhiyyədə bir saat davam edən hazırlıq prossesinin ardından Cənub klubu yenidən Bakıya qayıdaraq “Emerald” otelində oyunun başlama saatını gözləyəcək.
Xatırladaq ki, sabah saat 16:00-da Sumqayıtın “Kapital Bank Arena” stadionunda start götürəcək “Sumqayıt” - “Xəzər Lənkəran” matçı “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
12cioyuncu.info