Türkiyənin Kapadokya bölgəsində yeni mövsümün hazırlığını davam etdirən “Xəzər Lənkəran” toplanışın beşinci günündə də məşqlərini səhər və axşam olmaqla iki hissəyə bölüb. Apasport.az saytının məlumatına görə, səhər çalışmasında fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında müxtəlif fiziki təmrinləri və çalışmalarla məşğul olan futbolçular axşam məşqində isə baş məşqçi Yunis Hüseynovun taktiki tapşırıqlarını yerinə yetiriblər.
Bu arada, cənubluların hazırlıq oyunlarında qarşılaşacaqları ilk rəqibin kimliyi də bəlli olub. “Ağ-yaşıllar” iyulun 8-də Türkiyənin “Kayserispor” klubunun A2 komandası ilə qarşılaşacaq. (klub saytı)