Topaz Premyer Liqasının XXIV turu çərçivəsində fevralın 28-də “Fırtınalar meydanı”nda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi bu gün stadionun ehtiyat meydançasında məşqə çıxıb.
Bakıda müalicədə olan Rasim Ramaldanov və Rahid Əmirquliyevlə yanaşı digər zədəli futbolçu Mbilla Etame də hazırlıq prosesinə qatılmayıb. Əvəzində isə əvəzedicilərdən əsas heyətə qaytarılan Elnur Cəfərov və Ağabala Ramazanov məşqdə iştirak ediblər.
Xatırladaq ki, XX turda Lənkəranda keçirilən “Neftçi” matçında qırmızı vərəqə alaraq meydandan qovulan və AFFA Nizam-İntizam komitəsinin qərarı ilə 3-oyunluq cəzalandırılan Ramazanovun cəza müddəti artıq başa çatıb. Gənc futbolçunun “İnter”lə matçda meydana çıxmaq şansı yaranıb.
Qeyd ki, “Xəzər Lənkəran”ın növbəti məşqi fevralın sabah səhər saat 11:00-da stadionun ehtiyat meydançasında baş tutacaq. Hazırlıq prosesindən öncə isə komandanın qısa toplantısı keçiriləcək və Xocalı faciəsi anılacaq. Toplantı zamanı əsasən legionerlərə (xüsusən də komandaya qış fasiləsində qoşulan legioner futbolçulara) Xocalı soyqırımı haqqında ətraflı məlumat veriləcək.
Mənbə: 12cioyuncu.info
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”