Türkiyə PTT I liqası təmsilçisi "Samsunspor" klubunda maliyyə böhranı davam edir. Apasport.az saytının məlumatına görə, rəhbərlikdən pullarını ala bilməyən futbolçular ötən gün komandanın axşam məşqinə çıxmayıblar.
Maliyyə böhranını həll etməyən çalışan klub prezidenti Mehmet Bank bu gün futbolçularla bir araya gələcək.
Qeyd edək ki, turnir cədvəlinində 11 xalla 11-ci olan "Samsunspor"un heyətində “Xəzər Lənkəran”ın sabiq futbolçusu Mbilla Etame forma geyinir. Avqustun 28-də keçirilən "Simurq" - "Xəzər Lənkəran" (2:0) qarşılaşmasından sonra kamerunlu hücumçu PTT I Liqası təmsilçisinə keçib. O, Cənub klubunun heyətində 41 oyunda meydana çıxıb və 15 qola imza atıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı