“Xəzər Lənkəran”ın yeni transferləri komandaya qoşuldular
04.07.2015 - 18:28
“Xəzər Lənkəran”ın yeni transferləri komandaya qoşuldular

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün səhər məşqindən imtina edib.

Məşqçilər korpusu bu yolla komanda üzvlərinə istirahət etmək şansı yaradıb.

Bu arada, braziliyalı futbolçular Rafael Karletti Burgueno və Diego Souza Gusmao, eləcə də xorvat hücumçu Ante Mitroviç artıq Nevşehirə gələrək klubun düşərgəsinə qoşulublar.

Axşam hazırlığına bütün futbolçuların qatılacağı gözlənilir. (12cioyuncu.info)