Sabah Topaz Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ərəfəsində baş tutacaq turun bütün matçları eyni günə təsadüf edəcək.
Həftənin ən maraqlı oyunu isə “Bakcell Arena”da keçiriləcək. Bütün çempionatların iştirakçısı olan iki komanda – “Neftçi” və “Qarabağ” növbəti duelinə çıxacaq. Son 3 mövsümün çempionu titulunu qorumaq şansını saxlamaq üçün Ağdam təmsilçisinə qalib gəlməlidir. Ardıcıl 4 turdur qələbə həsrətində olan “Neftçi” bu qarşılaşmaların hamısında 2 top buraxıb. Ağdamlılar isə 4 turdur məğlub olmur.
Çətin Zaqatala səfərinə yollanacaq “Qəbələ”yə də “Neftçi”nin qələbə qazanması sərf edir. Liderdən 4 xal geri qalan Yuri Syominin yetirmələri “Qarabağ”a yaxınlaşmaq üçün onların büdrəməsini gözləyir. Lakin 6-cı yer üçün mübarizə aparan “Sumurq”la görüş qəbələlilər üçün də asan olmayacaq. Çünki uğursuz zolağından çıxan Georgi Çixradzenin yetirmələri ötən tur liderə də uduzmayıb.
3-cü pillədə qərarlaşan “Bakı”nın da rəqibi uğursuzluqlara ötən tur son qoyub. Lakin 19 matçdan sonra qalib gələn “Sumqayıt”ın paytaxtın eyniadlı təmsilçisinə başağrı olacağı inandırıcı deyil. 2014-cü ilin ən yaxşısı olan Milinko Pantişin yetirmələri liderlərin xal itirməsindən istifadə edib mövqeyini daha da yaxşıaşrıa bilər.
Son 5 turda meydanı qolsuz və xalsız tərk etməyən daha bir komanda – “İnter”i isə çətin Lənkəran səfəri gözləyir. Bakılılar üzərindəki qələbə “Xəzər Lənkəran”ı rəqibinə bir az da yaxınlaşdırmış olacaq. Paytaxt təmsilçisi üçün isə məğlubiyyət liderlər qrupundan uzaq düşməklə nəticələnəcək. Səfərdə ən məhsuldar komanda olan “İnter” üçün 3 xal bir neçə pillə irəliləməyə yetərli ola bilər.
Turun son görüşündə iki paytaxt təmsilçisi üz-üzə gələcək. Son 3 pillədən ikisinin sahiblərinin derbisi qələbə həsrətində olanların duelidir. AZAL 2014-cü ildəki 5 oyununda qalib gəlməyibsə, “Rəvan” 18 oyundur 3 xal əldə edə bilmir. Ötən tur son pilləyə yuvarlanan Güvənc Kurtarın yetirmələri ardıcıl 11 qarşılaşmada qol buraxan “təyyarəçilər”i büdrətməklə “Sumqayıt”ı arxada qoyacaq.
Topaz Premyer Liqası
XXIV tur
28 fevral (cümə)
14:00. “Bakı” – “Sumqayıt”
İlk iki dövrədəki oyunlar: 1:0, 2:1
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
19:00. “Rəvan” – AZAL
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2
“Bayıl Arena” stadionu
16:00. “Xəzər Lənkəran” – “İnter”
İlk iki dövrədəki oyunlar: 0:1, 0:0
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Neftçi” – “Qarabağ”
İlk iki dövrədəki oyunlar: 0:0, 1:3
“Bakcell Arena” stadionu
15:00. “Simurq” – “Qəbələ”
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2
Zaqatala şəhər stadionu
|
|
komanda |
o |
q |
h |
m |
t |
x |
|
1 |
Qarabağ |
23 |
13 |
7 |
3 |
36-13 |
46 |
|
2 |
Qəbələ |
23 |
13 |
3 |
7 |
34-21 |
42 |
|
3 |
Bakı |
23 |
12 |
4 |
7 |
40-23 |
40 |
|
4 |
Neftçi |
23 |
11 |
6 |
6 |
34-27 |
39 |
|
5 |
İnter |
23 |
11 |
5 |
7 |
35-26 |
38 |
|
6 |
Xəzər L |
23 |
7 |
9 |
7 |
24-32 |
31 |
|
7 |
Simurq |
23 |
7 |
8 |
8 |
23-19 |
29 |
|
8 |
AZAL |
23 |
6 |
8 |
9 |
24-33 |
26 |
|
9 |
Sumqayıt |
23 |
2 |
6 |
15 |
16-42 |
12 |
|
10 |
Rəvan |
23 |
1 |
8 |
14 |
12-42 |
11 |
Bombardir: Vaqif Cavadov (“İnter”) – 11.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”