“Stadionda tamaşaçının az olması həmişə pis haldır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Aleksandr Kokorin deyib.
Moskva “Dinamo”sunun hücumçusu “Zenit”lə Sankt-Peterburqdakı oyun öncəsi verdiyi açıqlamada bu şəhərdə çılğın azarkeşlərin olmasından danışıb. Kokorin Azərbaycan milli komandası ilə Rusiya yığması arasında qarşılaşmanın da “Petrovski” stadionunda keçirilməli olduğunu düşünür: “Azərbaycanla oyunda elə təəssürat yaranmışdı ki, hansısa yoxlama görüşüdür. Yaxşı olardı ki, matç “Petrovski”də keçirilsin. Tribunalar da dolu olardı və komandanı dəstəkləyərdi”.
Qeyd edək ki, sentyabrın 3-də Moskvada keçirilən Rusiya – Azərbaycan oyununda meydan sahibləri 4:0 hesabı ilə qalib gəmişdi.