“Yuventus” - 20 ildən sonra “qızıl dubl”
21.05.2015 - 08:52
“Yuventus” - 20 ildən sonra “qızıl dubl”

İtaliya nəhəngi “Yuventus” “qızıl dubl” edib. Apasport.az saytının məlumatına görə, bir neçə tur öncədən A seriyasında çempionluğu təmin edən “qoca sinyora” ölkə kubokunu da qazanıb.

 

“Latsio” ilə final qarşılaşması gərginliyi ilə seçilib. Hesabı 4-cü dəqiqədə paytaxt klubu açsa da, Radunun qoluna cəmi 7 dəqiqə sonra Kyellini cavab verib. 90 dəqiqə heç-heçə nəticələndiyindən, baş hakim əlavə yarım saat da artırıb.

 

97-ci dəqiqədə Matrinin vurduğu qol sayəsində 2:1 hesablı qələbə qazanan “Yuventus” tarixində 10-cu dəfə İtaliya Kubokunun qalibi adını qazanıb. Bununla Turin klubu 20 illik həsrətə də son qoyublar. Çünki komanda sonuncu dəfə 1994/95 mövsümündə bunu bacarmışdı.

 

Qeyd edək ki, “Yuventus” bu mövsüm UEFA Çempionlar Liqasını da qazana bilər. “Qoca sinyora” hazırda Avropanın ən mötəbər klub turnirinin finalındadı və iyunun 6-da “Barselona” ilə qarşılaşacaq.