“Yuventus”, “Roma” və “Tottenhem”in futbolçuları millimizə qarşı
05.11.2014 - 14:31
“Yuventus”, “Roma” və “Tottenhem”in futbolçuları millimizə qarşı

Slovakiyanın 19 yaşadək futbolçulardan ibarət millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Milan Malatinski Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyunları üçün 23 əsas, 8 ehtiyat heyət futbolçularının adlarını açıqlayıb.

 

“Senitsa”nın sağ cinah müdafiəçisi Yuray Xvatal çiynindən əməliyyat olunduğu üçün heyətə çağırılmayıb. Komanda Macarıstana gedənədək bu “23-lük”dən 5 futbolçu kənarda olacaq. Əsas heyətdə İngiltərə, Fransa, İtaliya, Çexiya və Macarıstanda çıxış edən 9 legioner var. Daha 2 legioner ehtiyat heyətdə yer alıb.

 

Qapıçılar: Marek Rodak (“Fulhem”, İngiltərə), Martin Yunas (“Senitsa”), Aleksander Ventsel (“Strasbur”, Fransa)

 

Müdafiəçilər: Mixal Siplyak (“Slovan”), Andrey Kadlets, Denis Vavro (hər ikisi “Jilina”), Rene Kotrik (“Nitra”), Dominik Krujliak (“Rujomberok”), Atila Varqa (“Yuventus”, İtaliya), Patrik Qilian (“Slaviya”, Çexiya), Şimon Kupets (“Dukla”);

 

Yarımmüdafiəçilər: Miroslav Kaçer, Lukaş Çmelik (hər ikisi Jilina”), Yakub Qriç (“Zemplin”), Yakub Hromada (“Yuventus”, İtaliya), Laslo Beneş (“Dyör”, Macarıstan), Filip Lesnyak (“Tottenhem”, İngiltərə), Nikolas Şpalek (“Spartak” Trnava), Lukaş Haraslin (“Parma”, İtaliya);

 

Hücumçular: Robert Mateyka (“Slovan”), Martin Vlçek (“Trençin”), Robert Polievka (“Dukla”), Tomaş Vestenitski (“Roma”, İtaliya).

 

Ehtiyat heyət: qapıçı - Yuray Semanko (“Slovatsko”); müdafiəçilər - David Berejnı (“Kataniya”, İtaliya), Milan Dimun (“Koşitse”); yarımmüdafiəçilər – Mixal Horodnik (“Koşitse”), Tomaş Qalo (“Podbrezova”), Tomaş Zazrivets (“Aston Villa”, İngiltərə), Yozef Urblik (“Nitra”); hücumçu – Matey Lovas (“Rujomberok”).

 

Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiya ilə noyabrın 12-də üz-üzə gələcək. Macarıstanın sənaye şəhəri olan Dunauyvaroşda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.