“Yuventus” “İnter”i ciddiyə almır
16.05.2015 - 00:00
İtaliya A seriyasının 36-cı turunda Milanın “İnter” klubu ilə qarşılaşacaq “Yuventus” bir sıra aparıcı oyunçularının xidmətindən istifadə etməyəcək. Apasport.az – ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu barədə “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri məlumat verib.
“İnter”lə oyunda daha çox mövsümboyu az forma şansı əldə edən futbolçulara güvənəcəyini deyən baş məşqçi as oyunçularına istirahət şansı verib.
Çempionluğu erkən təmin etmiş turinlilər Canluici Buffon, Teves, Pirlo, Evra, Vidal kimi oyunçuları hətta iştirak ərizəsinə də daxil etməyib.
0
0