“Yuventus” bu oyunçuya illik 4.5 milyon təklif edir - FOTO
06.06.2017 - 19:36
Andres İnyestaya diqqətçəkici transfer təklifi edilib. Apasport.az saytının məlumatına görə, “Yuventus” İspaniya millisinin üzvünü heyətində görməkdə maraqlıdı.
Bu barədə AS nəşri iddia ilə çıxış edib. Bildirilib ki, turinlilər “Barselona”nın yarımmüdafiəçisinə illik 4.5 milyon avro ödəməyə razıdılar.
Nəşr yazır ki, İnyesta özü də bu keçidin əleyhinə deyil, ancaq son qərarını “Barselona” ilə danışdıqdan sonra verəcək.
Qeyd edək ki, 33 yaşlı futbolçu başa çatan mövsümdə klubunda 37 oyunda meydana çıxıb, bir qol vurub, 6 dəfə isə komanda yoldaşlarına məhsuldar ötürmə verib.
0
0