“Yuventus” daha bir keçidi həll etmək üzrədi
21.06.2015 - 18:52
“Mançester Siti”nin yarımmüdafiəçisi Stefan Yovetiç “Yuventus”a keçir. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Turin klubu Monteneqro yığmasının üzvünü icarə qaydası ilə heyətinə qatmağa hazırlaşır.
Ancaq əldə olunmuş razılaşmaya əsasən “qoca sinyora” istəsə bir il sonra futbolçunu daimi əsaslarla transfer edə biləcək.
Qeyd edək ki, Yovetiç Turində illik 3.5 milyon avro qazanacaq.
0
0