“Yuventus” Pirloya əvəzləyici tapdı
16.05.2015 - 15:43
“Yuventus” Pirloya əvəzləyici tapdı

“Bavariya”nın yarımmüdafiəçisi Xabi Alonso karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Yuventus” ispaniyalı futbolçunu heyətində görmək arzusundadı.

 

Andrea Pirlonun “Liverpul” və “Çelsi”dən təklif alması “qoca sinyora”nı yeni yarımmüdafiəçi axtarışına sövq edib. Əgər Pirlo mövsümün sonunda “Yuventus”u tərk etmək qərarına gəlsə, o zaman italyanlar 33 yaşlı Alonso ilə danışıqlara başlayacaq.

 

Qeyd edək ki, Xabi Alonso “Bavariya”ya ötən il “Real”dan keçib.