"Rubin" və "Trabzonspor" səfərdə büdrədi, "Ayaks" darmadağın oldu
16.12.2013 - 16:37
"Rubin" və "Trabzonspor" səfərdə büdrədi, "Ayaks" darmadağın oldu

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli turnirində bütün görüşlər bir gündə baş tutub.

 

Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu İspaniyada meydana çıxıb. Kazanlılar La Liqanın autsayderi “Betis”lə münasibətlərinə aydınlıq gətiriblər. Qrup mərhələsini zirvədə başa vuran Rusiya təmsilçisi 10 nəfərlə tamamladığı matçda meydanı 1:1 bərabərliklə tərk edib.

 

Futbolsevərlərimiz maraqla gözlədiyi digər görüş isə İtaliyada keçirilib. Qardaş ölkə Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə A Seriyasının lideri “Yuventus”la üz-üzə gəlib. Ölkə çempionatında işləri heçdə yaxşı getməyən və son olaraq baş məşqçisi Mustafa Akçayla yolları ayıran Qara dəniz təmsilçisini çətin sınaq gözləyirdi. Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər – 2:0.


 

UEFA Avropa Liqası, 1/16 finalın ilk oyunları 

20 fevral


1. “Dnepr” (Ukrayna) - “Tottenhem” (İngiltərə) - 1:0
QOL: Konoplyanka, 81 (pen.)

2. “Betis” (İspaniya) - “Rubin” (Rusiya) - 1:1
QOL: Vila, 3 - Yeremenko, 74 (pen.)
Qırmızı vərəqə: Aleksandr Prudnikov, 28 ("Rubin")

3. “Suonsi” (Uels) - “Napoli” (İtaliya) - 0:0

4. “Yuventus” (İtaliya) - “Trabzonspor” (Türkiyə) - 2:0

QOL: Osvaldo, 16, Poqba, 90+4

5. “Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya) - 2:2
QOL: Morales Ta, 33 Vrsiç, 81- Qameyro, 47, Fazio, 72

6. “Viktoriya” (Çexiya) - “Şaxtyor” (Ukrayna) - 1:1
QOL: Tekl, 62 - Adriano, 65

7. “Çernomorets” (Ukrayna) - “Lion” (Fransa) - 0:0

8. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan) - 0:1

QOL: Bezyak, 45
Qırmızı vərəqə: Kavanda, 73 - Svetoslav Dyakov, 55 

9. “Esbyerq” (Danimarka) - “Fiorentina” (İtaliya) - 1:3
QOL: Pusiç, 10 - Matri, 8, İliçiç, 15, Aquilani, 37 (pen.) 

10. “Ayaks” (Hollandiya) - “Zalsburq” (Avstriya) - 0:3
QOL: Soriano, 14 (pen.), 35, Mane, 21

11. “Makkabi” (T, İsrail) - “Bazel” (İsveçrə) - 0:0

12. “Porto” (Portuqaliya) - “Ayntraxt” (Almaniya) - 2:2

QOL: Kuarejma, 44, Varela, 68 - Xoselu, 72, Sandro, 77 (avtoqol)

13. “Anji” (Rusiya) - “Genk” (Belçika) - 0:0
Qırmızı vərəqə: İlya Maksimov, 89 ("Anji")

14. “Dinamo” (Ukrayna) - “Valensiya” (İspaniya) - 0:2
QOL: Varqas, 79, Fequli, 90

15. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) - 0:1
QOL: Lima, 59

16. “Slovan” (Çexiya) - “Alkmaar” (Hollandiya) - 0:1
QOL: Vierqever, 89


1/8 final

16-cı cütün qalibi - 13 cütün qalibi
8-ci cütün qalibi - 14-cü cütün qalibi
12-ci cütün qalibi - 3-cü cütün qalibi
7-ci cütün qalibi - 6-cı cütün qalibi
5-ci cütün qalibi - 2-ci cütün qalibi
1-ci cütün qalibi - 15-ci cütün qalibi
11-ci cütün qalibi - 10-cu cütün qalibi
4-cü cütün qalibi - 9-cu cütün qalibi