“Yuventus” üçün fransalı hücumçu
28.02.2014 - 23:23
“Real Sosyedad”ın gənc hücumçusu Antuan Qrizmann karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.
Belə ki, “Yuventus” 22 yaşlı futbolçuya elçi düşüb. Turin klubu müqaviləsi 2015-ci ildə başa çatacaq forvardı mövsüm sonu heyətinə qarmaq istəyir.
Qeyd edək ki, Fransa millisinin üzvü 2005-ci ildə ölkəsinin “Makon” klubundan İspaniya təmsilçisinə keçib. 2009-cu ildən əsas komanda ilə oyuna çıxan Qrizmann cari mövsüm 37 matça çıxıb və 19 qol vurub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0