Sabah UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində üz-üzə gələcək “Yuventus”la “Real” qarşılaşma öncəsi sevindirici xəbər alıblar. Apasport.az saytının məlumatına görə, hər iki klubun zədədən əziyyət çəkən aparıcı futbolçuları sıraya dönüb.
Çoxdandı “Yuventus”dan ayrı qalan və ötən həftəsonu “Kalyari” ilə qarşılaşmada yenidən zədələnən Pol Poqbanın durumu ürəkaçandı. Fransalı yarımmüdafiəçi oyunöncəsi bugünkü son məşqdə kollektivə qoşulub.
Həmçinin “Real”ın da zədədən əziyyət çəkən futbolçuları – yarımmüdafiəçi Toni Kroos və hücumçu Kərim Benzema sağalıb. Hər iki oyunçu bu gün kollektivlə birgə məşqdə iştirak edib.
Həm Poqbanın, həm Kroosun, həm də Benzemanın sabahkı oyunda iştirakı gözlənilir.
Qeyd edək ki, “Yuventus”la “Real” arasında İtaliyada baş tutan ilk oyunda İtaliya komandası 2:1 hesablı qələbə qazanıb. Cavab qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.